Tennisçilərin fərdi yarışlarında yarımfinal görüşləri davam edir



İyulun 26-da "EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının altıncı günündə oğlanların və qızların fərdi mübarizəsində yarımfinal, cütlüklərin yarışında isə final qarşılaşmaları keçirilir.
Bakı Tennis Akademiyasında keçirilən yarışlarda oğlanların fərdi mübarizəsində yarımfinalda ispaniyalı Daniel Merida italiyalı Nikkolo Çiavarella, çexiyalı tennisçi Hinek Barton isə latviyalı Vilius Qaubas ilə üz-üzə gəliblər.
Qızların fərdi mübarizəsində yarımfinalda Rusiya tennisçisi Mariya Şoloxova çexiyalı Dominika Salkova, fransalı Ouşen Babel isə britaniyalı Matilda Mutavdziç ilə qarşılaşırlar.
Tennis üzrə oğlan cütlüklərin final oyununda çexiyalı Matthev Villiam Donald/Hinek Barton dueti polşalı Filip Pieçzonka/Olaf Pieçkovski dueti ilə üz-üzə gələcək.
Qız cütlüklərin final qarşılaşmasında isə Belarus təmsilçisi Evialina Laskeviç/Mariya Stsetseviç cütlüyü rusiyalı Mariya Şoloxova/Yekaterina Maklakov dueti ilə qızıl medal uğrunda mübarizə aparacaqlar.


Bu yazı

14052 dəfə oxunub

Tarix

2019-07-26 12:45:15

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev