Bakı-2019: Cüdoçumuz finalın bir addımlığında



Heydər Əliyev adına İdman Arenasında keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları davam edir.
Yarışların üçüncü günündə qızlar 70 kq və +70 kq, oğlanlar 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində mübarizə aparırlar. Aərdi yarışların son günüdə Azərbaycanın dörd idmançısı tatami üzərinə çıxıb.
Təmsilçilərimizdən yalınz +90 kq çəki dərəcəsində çıxış edən Hüseyn Məmmədov uğurlu çıxışı ilə diqqət çəkir. Ən ağır çəkili cüdoçumuz səkkizdəbir finalda Almaniya təmsilçisi Daniel Udsilaurini mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə yunanıstanlı Aris Aristotelis Leonidisə də qalib gələn H.Məmmədov yarımfinala vəsiqə qazanıb. Cüdoçumuz finala vəsiqə uğrunda görüşdə moldovalı Alin Baqrin ilə qarşılaşacaq.
Komandamızın digər üzvü Nərmin Əmirli (70 kq) səkkizdəbir finalda hollandiyalı Yael Van Hemstə məğlub olub.
Oğlanların mübarizəsində isə onaltıdabir finalda Məhərrəm İmamverdiyev (81 kq) rumıniyalı Vlad Topalaya (Rumıniya) qalib gəlsə də növbəti mərhələdə ukraynalı Timur Valıevə məğlub olub.
Festivalda 90 kq çəki dərəcəsində çıxış edən Ruslan Nəsirli isə ilk görüşdə bolqarıstanlı Borislav Vladova məğlub olub.

Xatırladaq ki, cüdo yarışlarının birinci və ikinci günlərində Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq), gümüş medalı Vüqar Talıbov (73 kq), bürünc medalları isə Şükran Zamanlı (55 kq) və Gülşən Bəşirova (44 kq) yazdırıblar.

İyulun 27-də qarışıq komanda yarışları keçiriləcək.



Bu yazı

3470 dəfə oxunub

Tarix

2019-07-26 12:48:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev