Zaqrebdə Qran-Prisi bu gün başlayır



İyulun 26-da Zaqrebdə start götürəcək Qran-Pri turnirində Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq.
Yarışda kişilər arasında Kəramət Hüseynov, Tofiq Məmmədov (hər ikisi 60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Araş Ağayi (81 kq), Məmmədəli Mehdiyev, Aliumar Tumayev (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) çıxış edəcəklər.
Qadın cüdoçular arasında keçirilən yarışlarda isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.
Yarışlarda 87 ölkədən 558 idmançı iştirak edəcək. Qran-Pri turniri iyulun 28-də başa çatacaq.


Bu yazı

4098 dəfə oxunub

Tarix

2019-07-26 11:03:09

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev