Cüdoçularımız Tokio-2020-yə doğru


Paracüdo üzrə Azərbaycan komandası İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatında 10 medal qazanıb. Çempionatda 1 qızıl, 4 gümüş və 5 bürünc medala sahib olan komandamız medal sayına görə ikinci yerdə qərarlaşıb. Qızıl medalı ölkəmizin aktivinə qadınların yarışında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Xanım Hüseynova yazdırıb. Sevda Vəliyeva (57 kq) və Dürsədəf Kərimova (70 kq) gümüş, Səbinə Abdullayeva (52 kq) bürünc medallara layiq görülüblər.
Kişilərin yarışında Bayram Mustafayev (66 kq) və İlham Zəkiyev (+100 kq) Avropa çempionatında yalnız finalda uduzaraq gümüş medallarla kifayətlənməli olublar. Bürünc medalları isə ölkəmizə Namiq Abbaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (83 kq) və Kənan Abdullaxanlı (100 kq) yazdırıblar.
İdmançılarımız bu nailiyyət sayəsində Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını daha da möhkəmləndiriblər.
Çempionatın son günündə kişi və qadınlardan ibarət qarışıq paracüdo yarışları keçirilib. Paracüdo millimiz komanda yarışlarında bütün rəqiblərini məğlub edərək Avropanın ən güclüsü adını qazanıb.




Bu yazı

7539 dəfə oxunub

Tarix

2019-07-28 13:28:43

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev