Macarıstan Avropa veloyürüşünə ev sahibliyi edəcək


Avropanın üç nüfuzlu veloyürüşündən birinin – gələn il Macarıstanda keçiriləcək "Giro d’Italiya” yürüşünün mərhələlərinin qrafiki elan edilib.
2020-ci il mayın 9-da, şənbə günü Macarıstan paytaxtının küçələrində 9,5 kilometr məsafəyə fərdi yürüş keçiriləcək. Qəhrəmanlar meydanında başlanan yürüş Qəsr rayonunda başa çatacaq.
193 kilometr uzunluğunda ikinci mərhələ Budapeştdə başlanacaq və mayın 10-da Budapeştdən 120 kilometr şimal-qərbdə yerləşən Dyor şəhərində başa çatacaq.
197 kilometrlik üçüncü mərhələ mayın 11-də Budapeştdən 64 kilometr cənub-qərbdə yerləşən Sekeşfehervarda başlanacaq və Balaton gölünün sahili boyunca paytaxtdan 214 kilometr cənub-qərbdə yerləşən Nadkanijedə başa çatacaq.
Yürüşün təşkilatçıları və Macarıstan hökuməti onların ölkəsinin "Grande Partenza” yürüşünü qəbul edəcəyini bu il aprel ayında bildiriblər. Bu günə qədər "Giro d’Italiya”İtaliya hüdudlarından kənarda 13 dəfə keçirilib, lakin bu mərhələlərin heç biri Mərkəzi Avropada olmayıb. Macarıstan hökuməti üç mərhələnin təşkili üçün 7,7 milyard forint (1000 forint təqribən 3,39 dollara ekvivalentdir. - AZƏRTAC) vəsait ayırıb.
Təşkilatçılar ümid edirlər ki, dünyanın 200-dən çox ölkəsində 800 milyona yaxın televiziya tamaşaçısı bu turu izləyəcək.
 



Bu yazı

6663 dəfə oxunub

Tarix

2019-08-03 15:20:38

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev