5 şahmatçımız maksimum xal toplayıb


Azərbaycanın 5 şahmatçısı Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində məğlubiyyətsiz irəliləyir.
Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Yusif Kərimov, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Səadət Bəşirli və Dinarə Hüseynova maksimum xal toplayıblar.
Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.



Bu yazı

2464 dəfə oxunub

Tarix

2019-08-05 12:15:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev