“Judo Club 2012”nin üzvləri beynəlxalq turnirdə fərqləniblər


"Judo Club 2012”nin üzvləri "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən Braziliya ciu-citsusu üzrə "Abu Dhabi National Pro” turnirində uğurla çıxış ediblər.
Yarışda 13 ölkədən 30 komandanın heyətində 172 idmançı mübarizə aparıb. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən turnirdə Azərbaycan komandası 30 idmançı ilə təmsil olunub.
"Judo Club 2012”nin üzvləri Ayaz Süleymanov (120 kq) və Həsən Novruzov (85 kq) həm öz çəki dərəcələrində, həm də ümumi çəki dərəcələrində qızıl medala layiq görülüblər. Klubun digər üzvləri, böyüklər arasında Mehman Fətəliyev və Zaman Qəhrəmanov müvafiq olaraq 85 və 94 kiloqram çəki dərəcələrində gümüş, ümumi çəki dərəcələrində isə bürünc medala sahib olublar. Yarışda 94 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Zaur Həşimov ümumi çəki dərəcəsində ikinci yeri tutub. Nail Əmirov isə yarışı 69 kiloqram çəki dərəcəsində qızıl, ümumi çəki dərəcəsində isə gümüş medalla başa vurub.
Azərbaycan yığması yarışın ümumi nəticələrinə əsasən komanda hesabında birinci yerə çıxıb.
Qeyd edək ki, Azərbaycanın idman tarixində ilk dəfə olaraq Braziliya ciu-citsusu üzrə belə böyük yarış keçirilib. "Abu Dhabi National Pro” çempionatı Braziliya ciu-citsusu üzrə dünyanın nüfuzlu turnirləri içərisində ilk onluqda yer alır.
Turnir Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin nüfuzlu Abu Dabi Jiu Jitsu Pro Federasiyasının (AJP) və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.




Bu yazı

6435 dəfə oxunub

Tarix

2019-08-05 13:22:47

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev