“Qarabağ”ın qələbəsi APOEL-i baş məşqçisindən etdi



APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib. Bu barədə klubun saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Kipr mətbuatı istefaya səbəb kimi komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a evdə 1:2 uduzmasının səbəb olduğunu göstərib.
Qeyd edək ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı.
Başqa bir xəbərə görə, "Qarabağ”la Bakıda avqustun 13-də keçiriləcək cavab matçına kimi komandanın baş məşqçisi vəzifəsinə almaniyalı Tomas Dolun təyin ediləcəyi gözlənilir. 53 yaşlı T.Dolun sonuncu iş yer Almaniyanın "Hannover” klubu olub. O, müxtəlif vaxtlarda
"Borussiya” (Dortmund), "Gənclərbirliyi” (Türkiyə) və Macarıstanın "Ferensvaroş” komandalarında da çalışıb.


Bu yazı

2015 dəfə oxunub

Tarix

2019-08-08 11:52:52

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev