5 güləşçimiz Qran-Prinin finalında


Avqustun 7-də Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri start götürüb.
Birinci yarış günündə sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) və Şamil Zubairov (92 kq) finala yüksəliblər. Pərviz İbrahimov (61 kq) ilə Rəşad Yusifli (79 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Yunan-Roma güləşçilərimiz isə maksimum nəticəyə imza atıb. Belə ki, yığmamızın xalçaya çıxan hər üç üzvü finala vəsiqə qazanıb. Ölkəmizi 63 kiloqram çəki dərəcəsində təmsil edən Murad Məmmədovla Elman Muxtarov finalda üz-üzə gələcəklər. Digər finalçımız isə İslambek Dadovdur (72 kq).
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları bu gün keçiriləcək.


Bu yazı

4477 dəfə oxunub

Tarix

2019-08-08 12:37:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev