“Neftçi” bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq



Avqustun 8-də "Neftçi” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində Bakıda İsrailin "Bney Yehuda” klubunu qəbul edəcək.
"Bakcell Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq.
Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.
Bu komandaların arasında cavab görüşü bir həftə sonra İsraildə keçiriləcək.
"Neftçi” birinci təsnifat mərhələsində Moldovanın "Speranta” komandasını məğlub edib - 3:0, 6:0. Flaqman ikinci təsnifat mərhələsində Rusiyanın "Arsenal” klubuna da hər iki görüşdə (1:0, 3:0) qalib gəlib.
Cari mövsüm mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan "Bney Yehuda” UEFA Avropa Liqasında Azərbaycan klubları ilə ikinci dəfə qarşılaşır. Komanda 2009-2010-ci il mövsümündə birinci təsnifat mərhələsində hər iki görüşdə "Simurq”u məğlub edib.





Bu yazı

8382 dəfə oxunub

Tarix

2019-08-08 17:02:20

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev