Droqbaya yeni vəzifə verilir


İngiltərənin "Çelsi” futbol klubunun keçmiş hücumçusu Didye Droqba Kot-d’İvuar Futbol Federasiyasının (IFF) prezidenti vəzifəsinə namizəd ola bilər. "Qazeta.ru” bu barədə "L'Equipe” nəşrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, 41 yaşlı Droqba seçkilərdə iştirak imkanını nəzərdən keçirir. Qeyd olunur ki, ivuarlı futbolda inzibati təcrübəyə malikdir. Belə ki, o, hazırda Afrika Futbol Konfederasiyasının başçısı Əhməd Əhmədin müşaviri vəzifəsini tutur. IFF-in hazırda rəhbəri Avqustin Diallodur. Təşkilatın prezidenti postuna seçkilər noyabrda keçiriləcək.
Droqba Fransanın "Le-Man”, "Qenqam” və "Marsel”, Çinin "Şanxay Şenxua”, Kanadanın "Monreal”, Amerikanın "Finiks” komandalarının heyətində çıxış edib. O, idman şərəfini qoruduğu "Çelsi” komandasında dörd dəfə İngiltərə çempionu və dörd dəfə İngiltərə Kubokunun sahibi olub, həmçinin Futbol Liqası Kubokunun üçqat, İngiltərə Superkubokunun ikiqat və Çempionlar Liqasının qalibi adını qazanıb. Hücumçu Türkiyənin "Qalatasaray” komandasında da çalışıb. Komandanın heyətində Türkiyə çempionu, Türkiyə Kubok və Superkubokunun qalibi olub.
Droqba Kot-d’İvuarın milli komandası ilə iki dəfə Afrika Millətlər Kubokunun gümüş medalını qazanıb. 2018-ci il mövsümü başa çatdıqdan sonra o, idman karyerasına son qoyub.


Bu yazı

9162 dəfə oxunub

Tarix

2019-08-08 18:02:27

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev