Salah ona görə burnu qırılan uşağın istəyini yerinə yetirdi


Misirli futbolçu Məhəmməd Salah yenidən dünya mətbuatının manşetlərində yer alıb. Belə ki, «Liverpul»un hücumçusu şəhərdə avtomobilini idarə edərkən iki uşaq onu görüb, maşını saxlamağı xahiş edib. Yüksək sürət həddi olduğu üçün Salah avtomobili gec saxlayıb. Bu vaxt onun arxasıca qaçan iki qardaşdan biri-Luis Fovler dirəyə dəyərək, burnunu əzib. Futbolçu dərhal geri dönərək, uşaqlara yaxınlaşıb. Onlar Salahla şəkil çəkdirmək istəyini bildiriblər. Futbolçu onların istəyini yerinə yetirib, Luisi dərhal xəstəxanaya çatdırıb. Məhəmməd Salahı Tvitter səhifəsində izləyən uşaqların atası Co Fovler paylaşımında bu sözləri qeyd edib: «Məhəmməd Salah uşaqların vəziyyətinin necə olduğuna görə geri qayıtdığın üçün sənə təşəkkür edirəm. Luis səni çox sevir. Mənə dedi ki, səninlə şəkil çəkdirdikdən sonra ağrısının keçdiyini dedi. İndi vəziyyəti çox yaxşıdır. Çox sağol ki, onu yarı yolda qoymadın».


Bu yazı

1635 dəfə oxunub

Tarix

2019-08-14 12:48:13

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev