“Ayaks” futbolçusu ilə yeni müqavilə imzalayıb


UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ”ın potensial rəqibi olan Hollandiyanın "Ayaks” klubu mərakeşli yarımmüdafiəçisi Hakim Ziyeş ilə müqavilənin müddətini uzadıb.
26 yaşlı futbolçu 2022-ci ilin yayına qədər Amsterdam təmsilçisinin şərəfini qoruyacaq.
Mərakeşli oyunçu 2016-cı ildən Hollandiya klubunun formasını geyinir.
Qeyd edək ki, "Qarabağ” III təsnifat mərhələsində Kiprin APOEL klubunu iki oyunun nəticəsində üstələyəcəyi təqdirdə PAOK (Yunanıstan) – "Ayaks” (Hollandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Ağdam təmsilçisi Nikosiyadakı ilk görüşdə 2:1 hesablı qələbə qazanıb. "Ayaks” isə Yunanıstandakı qarşılaşmadan heç-heçə (2:2) ilə qayıdıb. Cavab görüşləri avqustun 13-də keçiriləcək.


Bu yazı

923 dəfə oxunub

Tarix

2019-08-10 16:21:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev