Güləşçilərimizin rəqibləri məlum olub



Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı davam edir. Avqustun 16-da yarışların beşinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
Səkkizdəbir final mərhələsində Zaur Əliyev (55 kq) Nurməhəmməd Abdullayevlə (Qırğızıstan), eyni mərhələdə Zaur Nuriyev (63 kq) Alston Con Nutterlə (ABŞ) gücünü sınayacaq.
Təsnifat mərhələsində Nəsir Həsənov (77 kq) Mikita Kazakovla (Belarus), Laçın Vəliyev (87 kq) David Losonçi (Macarıstan), Sərxan Məmmədov (130 kq) isə Yusif Əhməd Həmdi İssa (Misir) ilə güləşəcək.


Bu yazı

3602 dəfə oxunub

Tarix

2019-08-16 13:23:50

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev