Güləşçimiz dünya çempionatının finalında yarışacaq


Azərbaycanın yunan-Roma güləşçisi Estoniyanın paytaxtı Tallinndə keçirilən gənc pəhləvanlar arasında dünya çempionatının yarımfinalına yüksəlib.
Təmsilçimiz Ülvi Qənizadə (72 kq) təsnifat mərhələsində Ermənistan güləşçisi Samvel Qriqoryana 5:2 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşmada Macarıstan idmançısı Gergeli Bak üzərində 9:0 hesablı qələbə qazanan gənclər arasında Avropa çempionumuz dörddəbir finala adlayıb. Ü.Qənizadə iranlı pəhləvan Məhəmmədrza Mahmud Rüstəmini 2:1 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Türkiyə güləşçisi İsmayıl Gündən də güclü olan idmançımız adını finala yazdırıb - 4:1. Həlledici görüşdə onun rəqibi rusiyalı Sergey Stepanov olacaq.
Xatırladaq ki, avqustun 17-də yarışın altıncı günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Qeyd edək ki, medal qarşılaşmaları avqustun 18-də Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


Bu yazı

3711 dəfə oxunub

Tarix

2019-08-17 12:19:55

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev