“Qarabağ” ın oyununu isveçrəli hakim idarə edəcək


UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Linfild” və "Qarabağ” klubları arasındakı görüşü isveçrəli FİFA referisi Sandro Şörer idarə edəcək.
Otuz bir yaşlı referi daha əvvəl Ağdam klubunun qarşılaşmasında baş hakim olub. S.Şörer 2017-2018-ci illər mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın Ukraynada "Vorskla”ya qarşı keçirdiyi görüşü idarə edib. Poltavadakı Aleksey Butovski adına stadionda keçirilmiş matçda "Qarabağ” 1:0 hesab ilə qələbə qazanmışdı. Görüşdə yeganə qolu 11 metrlik cərimə zərbəsindən Araz Abdullayev vurmuşdu. O zaman meydan sahiblərinin dörd, "Qarabağ”ın isə iki futbolçusuna (Maksim Medvedev və Donald Gerye) sarı vərəqə göstərilmişdi.
Bu mövsüm Avroliqada ilk dəfə oyuna baş hakim kimi təyinat alan isveçrəli referi indiyədək 32 beynəlxalq oyun idarə edib. O, bu qarşılaşmalarda 12 penalti təyin edib, 132 sarı və 9 qırmızı vərəqə göstərib.
"Linfild” və "Qarabağ” qarşılaşması avqustun 22-də Şimali İrlandiyanın Belfast şəhərindəki "Windsor Park”da təşkil olunacaq.



Bu yazı

2516 dəfə oxunub

Tarix

2019-08-19 10:08:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev