Fransalı pilot “Renault”la razılaşa bilər



Fransalı pilot Esteban Okon bu yaxınlarda "Renault” zavod komandası ilə ikiillik müqavilə bağlaya bilər.
Əgər razılaşma baş tutarsa, o zaman Okon Niko Hülkenberqi əvəz edəcək və Daniel Rikkardonun yeni ortağı olacaq.
Okon ilə "Renault” komandası arasında saziş imzalanarsa, o halda düşünmək olar ki, Esteban artıq "Mercedes”in dəstəklənməsi proqramına daxil deyil. Valtteri Bottas isə ən azı bir mövsüm alman komandasında öz mövqeyini qoruyacaq. Daha əvvəl "Mercedes”in rəhbəri Toto Volf təsdiqləmişdi ki, komandadakı yerə yalnız Okon və Bottas namizəddirlər.
Hülkenberqə gəlincə, alman üçün karyerasını davam etdirməyə "Haas” komandası münasib yer ola bilər. Orada Romen Qrojanın yeri təhlükə ilə üzləşə bilər. Bundan əvvəl Niko özü "Renault”da qala biləcəyini ehtimal edirdi.


Bu yazı

3327 dəfə oxunub

Tarix

2019-08-23 14:00:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev