Mariana Vasileva Əməkdar məşqçi diplomu ilə təltif edilib


Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin Nikaraquanın Manaqua şəhərində keçirilən iclasında Azərbaycanla əlaqədar daha bir qərar qəbul edilib.
Bədii gimnastika üzrə yığma komandamızın baş məşqçisi Mariana Vasileva FIG tərəfindən Əməkdar məşqçi diplomu ilə təltif olunub.
Qeyd edək ki, Mariana Vasileva 2008-ci ildən Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışır. Onun rəhbərliyi ilə bədii gimnastlarımız bir
çox irimiqyaslı beynəlxalq yarışlarda medallar qazanaraq dünya arenasında ölkəmizi layiqincə təmsil ediblər. Mariana Vasilevanın Azərbaycanda gimnastika məktəbinin formalaşmasında böyük əməyi var.


Bu yazı

5909 dəfə oxunub

Tarix

2019-08-25 10:22:45

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev