3 cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı


Yaponiyanın paytaxtı Tokio şəhərində cüdo üzrə dünya çempionatı start götürüb. Yarışların ilk günü kişilər arasında 60 kiloqram çəkidə mübarizə aparan Davud Məmmədsoy ilk qarşılaşmada Tornik Çjakodeaya (Hollandiya) qalib gəlsə də, sonrakı mərhələdə Khyar Valideyə (Fransa) uduzub. Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı ilk görüşündə ukraynalı idmançı Marina Çernyakı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz ikinci qarşılaşmada serbiyalı Milica Nikolicə məğlub olub. Həmin çəkidə digər qadın cüdoçumuz Leyla Əliyeva ilk mərhələdə portuqaliyalı Katerina Kosta ilə qarşılaşma zamanı 3 xəbərdarlıqla tatamini tərk edib.
Dünya çempionatına Azərbaycan komandası 15 cüdoçu ilə qatılıb.
Proqrama əsasən, avqustun 25-dən 31-dək fərdi yarışlar, sentyabrın 1-də isə qarışıq komanda yarışları keçiriləcək.


Bu yazı

2063 dəfə oxunub

Tarix

2019-08-25 11:45:41

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev