Dəfələrlə Avropa və dünya çempionu: “Mən yalnız qələbə haqqında düşünürəm”


Dəfələrlə Avropa və dünya çempionu olan Vüqar Əzimov fransız boksu – savat üzrə Avropa çempionatında çıxış edəcək.
Avropa çempionatı oktyabrın 10-12-də İtaliyanın Genova şəhərində təşkil olunacaq.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çempionatda mübarizə aparacaq idmançımız 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edəcək.
V.Əzimov çempionatda Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının prezidenti və böyük məşqçisi, respublikanın Əməkdar məşqçisi Rafiq Əliyevin rəhbərliyi altında çıxış edəcək.
Turnirdə V.Əzimovla yanaşı, daha 4 idmançımız qüvvəsini sınayacaq.
Yarışa ciddi hazırlaşdığını deyən V.Əzimov çempionatın gərgin idman mübarizəsi şəraitində keçəcəyini vurğulayıb.
O, həmçininn qeyd edib: "Rəqiblərim haqqında məlumatlıyam. Avropanın ən güclü savatçıları İtaliyaya toplaşacaq. Mən yalnız qələbə haqqında düşünürəm. Ümid edirəm ki, bu dəfə də uğurla çıxış edib, üçrəngli bayrağımızı dalğalandıracağam. Federasiya bizə hər cür şərait yaradıb. Çempionata ciddi hazırlıq prosesi keçmişəm. İnanıram ki, mükafatçılar sırasında yer alacağam.



Bu yazı

2985 dəfə oxunub

Tarix

2019-08-30 17:47:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev