“Qalatasaray”da yeni transfer



Türkiyənin "Qalatasaray" klubu daha bir futbolçunun transferini yekunlaşdırmaq üzrədir.
Klub rumıniyalı hücumçu Florin Andone üçün "Brayton"la danışıqları müsbət tamamlayıb.
Qeyd olunur ki, rumıniyalı futbolçu bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək. Futbolçu "Qalatasaray”da birillik icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, peşəkar karyerasına 2011-ci ildə İspaniyanın "Kastelyon" klubunda başlayan Florin Andone "Vilyareal", "Atletiko Baleares", "Kordoba" və "Deportivo" klublarının formasını geyinib. "Deportivo"nun heyətində iki mövsümdə 66 oyuna 18 qola imza atıb. İyirmi altı yaşlı mərkəz hücumçusu ötən mövsüm İngiltərə Premyer Liqasında 26 görüşdə meydana çıxıb və 4 qol vurub. O, bu mövsüm üç oyunda bir dəfə fərqlənib. 2015-ci ildən Rumıniya millisinin şərəfini qoruyan Andone yığmanın heyətində bir qol vurub.
Xatırladaq ki, "Cim-bom" bundan əvvəl Fransanın "Monako" komandasının hücumçusu Radamel Falkaonu transfer edib.



Bu yazı

2459 dəfə oxunub

Tarix

2019-09-02 10:10:48

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev