Radamel Falkao artıq İstanbuldadır


Türkiyənin "Qalatasaray" komandasının Fransanın "Monako" klubundan heyətinə cəlb etdiyi Radamel Falkao İstanbula gəlib.Kolumbiyalı ulduzu İstanbulun Atatürk hava limanında çoxsaylı azarkeş qarşılayıb.
Kolumbiyalı hücumçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. Otuz üç yaşlı forvardın İstanbul təmsilçisində ildə 5 milyon avro maaş alacağı bildirilir.
Qeyd edək ki, 2013-cü ildən "Monako"da çıxış edən Falkao "Portu", "Atletiko Madrid", "Mançester Yunayted" və "Çelsi" kimi klubların da formasını geyinib.




Bu yazı

2327 dəfə oxunub

Tarix

2019-09-02 11:25:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev