“Qırmızı su”da faciə


Belçikanın Spa-Frankorşam avtodromunda Formula 2 mərhələsi üzrə ilk yürüş keçirilməli idi. Lakin artıq ikinci dairədə - "Qırmızı su” döngəsinin çıxışında pilotlar Antuan Yuber, Xuan Manuel Korrea və Marino Satonun iştirakı ilə ciddi qəza baş verib. Sato qəza yerini sərbəst şəkildə tərk edə bilib, ancaq Yuber və Korreanın səhhəti barədə heç bir məlumat verilməyib. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Amma həkimlərin səylərinə rəğmən sentyabrın 1-də, Belçika vaxtı ilə saat 18:35-də Yuber vəfat edib. Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti bununla bağlı məlumat yayıb. Həlak olan pilotun sentyabrın 22-də 23 yaşı tamam olacaqdı. Xuan Manuel Korrea isə xəstəxanadadır. Onun vəziyyəti sabitdir.



Bu yazı

2511 dəfə oxunub

Tarix

2019-09-02 17:45:53

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev