Györ sınağından 12 medal



Macarıstanın Györ şəhərində kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatı keçirilib. Turnirdə 39 ölkədən 2 mindən artıq idmançı iştirak edib. Milli komandamız Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hakim Hacıyevin rəhbərliyi altında 29 idmançı ilə yarışa qatılıb. Çempionatın yekununda Azərbaycan komandası ümumilikdə 12 medal qazanıb. Bunlardan 5-i qızıl, 2-si gümüş və 5-i bürünc medaldır.



Bu yazı

2654 dəfə oxunub

Tarix

2019-09-03 13:00:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev