İvan Draqo və Apollo Krid 34 ildən sonra birlikdə



Hollivudun istehsal etdiyi «Rokki-4» filminin qəhrəmanları 34 ildən sonra yenidən biraya gəliblər. Söhbət Dolf Lundqren və Karl Uezersdən gedir. Amerikada əyləncə mərkəzində keçirilən görüşdə filmin qəhrəmanları biri-biri ilə bağlı səmimi sözlər deyiblər. Dolf Lundqren (İvan Draqo) və Karl Uezers (Apollo Krid) KİV nümayəndələrinə uzun illərdən bəri saxladıqları xatirələri danışıblar. Lundqren deyib: «Çox şadam ki, belə bir insanla yenidən görüşdüm. 34 il əvvəl film bizi bir araya gətirdi. Karl çox gözəl insandır. O, indi daha təhlükəli görünür. Amma həmin filmdə onu öldürdüyümə görə peşmanam». Karl Uezers isə cavabında bildirib: «İvana hələ də nifrət edirəm. Lundqren isə dostumdur. Həmişə bu münasibəti qorumağa çalışmışam. Ona deyirəm ki, mən sağam, bir gün ondan bunun əvəzini çıxacağam».


Bu yazı

2621 dəfə oxunub

Tarix

2019-09-03 14:52:55

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev