"Qarabağ”ın yeni qapıçısı


"Qarabağ” transfer pəncərəsinin son günündə növbəti transferini reallaşdırıb. Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut”dan bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi cari ilin sonuna qədər icarəyə götürüb.
32 yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin "Portsmut” klubunda başlayıb.2017-ci ildən "Bornmut”da oynayan qapıçı "İpsviç”, "Stok Siti”, "Çelsi” kimi klublarda çıxış edib. Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersqovina millisində 61 oyun keçirib.




Bu yazı

5877 dəfə oxunub

Tarix

2019-09-03 15:22:41

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev