Paralimpiyaçılarımız ölkəmiz beynəlxalq turnirdə təmsil edəcəklər



Azərbaycanın əlil arabasında idman rəqsi üzrə Paralimpiya yığma komandası beynəlxalq turnirdə iştirak edəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, sentyabrın 6-8-də Sankt-Peterburqda keçiriləcək dünya kuboku və Kontinent Kuboku yarışlarında ölkəmizi Fərid Mehdiyev və Vüsalə Kərimova təmsil edəcəklər.
İlk dəfə olaraq bu yarışda Azərbaycanın Uşaq Paralimpiya Komitəsinin idmançıları Rəsul Zəkiyev və Diana Batakova da güclərini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycanın əlil arabasında idman rəqsi üzrə komandası 2013-cü ildən etibarən beynəlxalq yarışlarda iştirak edir. İdmançılarımız indiyədək müxtəlif beynəlxalq yarışlarda mükafatlar qazanıblar.


Bu yazı

2130 dəfə oxunub

Tarix

2019-09-04 15:04:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev