Premyer Liqanın Yaponiya mərhələsində 10 karateçimiz mübarizə aparacaq


Sentyabrda 6-8-də Tokioda Karate1 Premyer Liqa turniri keçiriləcək.
Yarışda Azərbaycan milli komandası da iştirak edəcək.
Məşqçilər heyəti Premyer Liqanın Yaponiya mərhələsində 9 kişi və 1 qadın idmançının mübarizə aparmasını məqbul sayıb. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də İrina Zaretska (68 kq) kumitedə, Roman Heydərov isə kata yarışlarında çıxış edəcək.
Dünya Karate Federasiyasının (WKF) Karate1 Seriyasından Premyer Liqa turnirlərinin 5-ci mərhələsində 79 ölkədən 649 idmançı mübarizə aparacaq. Mövsümün sonunacan Liqanın Moskva (4-6 oktyabr) və
Madrid (29 noyabr - 1 dekabr) mərhələləri var. Yarışda hər qələbəyə və medal əyarına görə həm beynəlxalq, həm də Olimpiya reytinq xalları hesablanır.


Bu yazı

7852 dəfə oxunub

Tarix

2019-09-05 13:36:33

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev