Sarri yenidən komandasının sükanı arxasında


Maurisio Sarri "Yuventus"un məşqlərinə qayıdıb. O, komandasının bugün məşqində iştirak edib. 60 yaşlı mütəxəssisin A seriyasının 3-cü turunda sentyabrın 14-ü keçiriləcək "Fiorentina" ilə matçda komandanın başında olacağı gözlənilir.
Qeyd edək ki, Sarri pnevmoniya xəstəliyindən müalicə aldığı üçün məşqlərdə və oyunlarda komandaya rəhbərlik etmirdi. Ölkə çempionatının ilk iki turuna Turin təmsilçisini Sarrinin köməkçisi Covanni Martuşello çıxarıb.


Bu yazı

7478 dəfə oxunub

Tarix

2019-09-05 16:48:53

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev