Azərbaycan Avropa Oyunlarını təşkil etməklə yüksək göstərici nümayiş etdirdi


Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirməklə yüksək göstərici nümayiş etdirdi. İdmançılarımız Bakını çox tərifləyir, oraya həmişə böyük məmnuniyyətlə gedirlər. Mən özüm də həmişə böyük məmnuniyyətlə Bakıya səfər edirəm.
Bu barədə "Rossiya seqodnya” agentliyində "Rusiya – idman dövlətidir” forumunun keçirilməsinə həsr olunan mətbuat konfransında Rusiyanın İdman naziri Pavel Kolobkov bildirib. O qeyd edib ki, Bakı çox qonaqpərvər şəhərdir, oraya hamı böyük məmnuniyyətlə gedir. "Bakıda çox rahat logistika, çox gözəl, valehedici hava limanı mövcuddur. Şəhər bütün mehmanxana infrastrukturu ilə təchiz edilib. Dostlarım, idmançı həmkarlarım kimi mən də Azərbaycana daim böyük məmnuniyyətlə gedirəm”, - deyə nazir qeyd edib.
"Rusiya – idman dövlətidir” beynəlxalq forumu idman sahəsində geniş müzakirə meydançasıdır. Forum Rusiya Prezidenti Vladimir Putinin Fərmanına müvafiq olaraq keçirilir. Tədbir bu il oktyabrın 10-11-də Nijni Novqorodda təşkil olunacaq. Forumda Azərbaycanın, Qazaxıstanın və Belarusun idman nazirlərinin iştirakı gözlənilir.




Bu yazı

3292 dəfə oxunub

Tarix

2019-09-13 14:00:21

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev