Ölkəmiz dünya çempionatında 3 idmançı ilə təmsil olunacaq



Oktyabrın 19-23-də Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Ölkəmizi Şanxayda Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş medal mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı
Elçin Eminov (56 kq), İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş mükafatçısı Ruslan Pirəliyev (65kq) təmsil edəcəklər.
Uşu üzrə yığma komandamız dünya çempionatına federasıyanın prezidenti və bas məşqçisi Azər Həsənsoyun və böyük məşqçi Baharətdin Səlimov rəhbərliyi altında hazırlaşır.
Beynəlxalq Uşu Federasiyasının vitse-prezidenti Antoni Qohun verdiyi məlumata görə, Çində keçiriləcək dünya çempionatında 80-ə yaxın ölkənin idmançıları iştirak edəcəklər.


Bu yazı

4203 dəfə oxunub

Tarix

2019-09-13 18:42:50

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev