UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start verilib


Sentyabrın 16-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin oyunlarına start verilib.

Qrup mərhələsinin birinci turunun ilk oyun günündə "E”, "F”, "G” və "H” qruplarında aşağıdakı nəticələr qeydə alınıb:

"E” qrupu:

"Napoli” (İtaliya) – "Liverpul” (İngiltərə) - 2:0,

"Zaltsburq” (Avstriya) - "Genk” (Belçika) - 6:2.

"F” qrupu:

"İnter” (İtaliya) - "Slaviya Praqa” (Çexiya) - 1:1,

"Borussiya Dortmund” (Almaniya) - "Barselona” (İspaniya) - 0:0.

"G” qrupu:

"Lion” (Fransa) - "Zenit” (Rusiya) - 1:1,

"Benfika” (Portuqaliya) – "Leypziq” (Almaniya) - 1:2.

"H” qrupu:

"Çelsi” (İngiltərə) - "Valensiya” (İspaniya) - 0:1,

"Ayaks” (Hollandiya) - "Lill” (Fransa) - 3:0.

Qeyd edək ki, A, B, C və D qruplarının oyunları sentyabrın 18-də keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin "Liverpul” və "Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn "Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.




Bu yazı

3002 dəfə oxunub

Tarix

2019-09-18 11:01:07

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev