Boris Rotenberq: “Bizi maraq göstərən komandaların sayı təəccübləndirib”


Formula 1 çempionatında yay fasiləsi zamanı məlumat yayılmışdı ki, "Pantera” adı altında yeni komanda Böyük Britaniya Qran-Prisinin keçirildiyi "Silverstoun” yaxınlığında məskunlaşmağı planlaşdırır.
Komandanın rəsmi şəkildə "Panthera Team Asia F1” adlanacağı aydın olub.
"Pantera”nın yaradıcılarından biri rusiyalı biznesmen Boris Rotenberqin başçılıq etdiyi "SMP Racing” layihəsinə cəlb edilən Bencamin Dürandır.
"Bizim hədəfimiz 2021-ci ildə Formula 1 yarışlarında iştirakdır”, - deyə Düran təsdiqləyib.
Xəbər verilir ki, "Pantera”da "Renault” komandası ilə əməkdaşlıq etmək və reqlament çərçivəsində "Ferrari”dən detallar alan "Haas”ın biznes modelini nümunə kimi götürmək niyyətindədirlər.
Eyni zamanda, Formula 1 çempionatının idman direktoru Ross Braun məhz 2021-ci ildə - yeni reqlamentin qüvvəyə mindiyi birinci ildə yeni komandaları yarışa cəlb etmək niyyətində deyil.
"Bizi maraq göstərən komandaların sayı təəccübləndirib. Lakin onlara belə dedik: gəlin, əvvəlcə yeni qaydaları tətbiq edərək vəziyyəti sabitləşdirək, daha sonra isə yeni komandalar axtarmağa başlayaq”, - deyə R.Braun bildirib.


Bu yazı

3255 dəfə oxunub

Tarix

2019-09-18 13:54:41

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev