Paralimpiya yığma komandası Daşkəndə yola düşüb


Azərbaycanın cüdo idman növü üzrə paralimpiya yığma komandası sentyabrın 23-24-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək beynəlxalq Qran-Pri yarışında iştirak edəcək. Bununla əlaqədar olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov komandanın üzvləri ilə görüşüb. O, paracüdo komandamıza ümidlərin böyük olduğunu qeyd edib. İdmançılara yarışlarda uğurlar arzu edib.
Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda ölkəmizi 8 kişi, 8 qadın olmaqla 16 idmançı təmsil eedəcək.
Millimizin heyətində Vüqar Şirinli (60 kq), Bayram Mustafayev, Namiq Abbaslı (hər ikisi 66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və lham Zəkiyev (100 kq-dan yuxarı), Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva, Bəsti Səfərova (hər ikisi 52 kq), Afaq Sultanova, Sevda Vəliyeva (hər ikisi 57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq) və Dürsədəf Kərimova (70 kq-dan yuxarı) yer alıblar.



Bu yazı

3090 dəfə oxunub

Tarix

2019-09-19 12:27:13

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev