Atletika üzrə yığmamız dünya çempionatında iştirak edəcək


Sentyabrın 24-26-da Qətərin paytaxtı Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci Seçki Hesabat Konqresi keçiriləcək. Konqresdə Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və federasiyanın baş katibi Məhərrəm Sultanzadə iştirak edəcək. Tədbirdən bir gün sonra atletika üzrə dünya çempionatına start veriləcək. Yarışda Azərbaycan yığma komandası da mübarizə aparacaq. Baş məşqçi Bəhruz Salehli, məşqçilər Ziyad Xəlfəyev və Artyom Rubankonun rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidan (çəkicatma) qüvvəsini sınayacaqlar.
Ümumilikdə 11 gün davam edəcək çempionatda 209 ölkədən 1900-dək idmançının iştirak edəcəyi gözlənilir.



Bu yazı

2118 dəfə oxunub

Tarix

2019-09-23 17:00:55

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev