Ölkəmiz dünya çempionatında 18 cüdoçu ilə təmsil olunacaq


Sentyabrın 25-28-də Qazaxıstanın Almatı şəhərində kadetlər arasında cüdo üzrə dünya çempionatı keçiriləcək. Çempionatda ölkəmizi 18 cüdoçu təmsil edəcək. Oğlanların yarışında İsmayıl Qənbərli (50 kq), Nicat Məmmədli, Şükran Zamanlı (hər ikisi 55 kq), Turan Bayramov, Kamran Süleymanov (hər ikisi 60 kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq) və Hüseyn Məmmədov (90 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.
Qızların mübarizəsində isə Nigar Şəmməmmədova (40 kq), Könül Əliyeva, Gülşən Bəşirova (hər ikisi 44 kq), Səbinə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Aytac Əliyeva (63 kq) və Nərmin Əmirli (70 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.


Bu yazı

3443 dəfə oxunub

Tarix

2019-09-24 16:33:05

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev