“Küçələrin Kralı” Sebastyan Fettel



Formula 1 Sinqapur Qran-Prisində qazandığı qələbə "Ferrari” komandasının pilotu Sebastyan Fettelə yalnız küçə traslarında qeydə alınan qeyri-rəsmi hesabda lider mövqeyinə çıxmağa imkan verib.
2019-cu il mövsümündə Formula 1 çempionatında üç küçə mərhələsi - Azərbaycan, Monako və Sinqapur Qran-Priləri keçirilib. Onların hər üçündə müxtəlif pilotlar qələbə qazanıblar. Bakıda "Mersedes”in pilotu Valtteri Bottas, Monakoda onun komanda üzrə tərəfdaşı Luis Hemilton və Sinqapurda "Ferrari”nin yürüşçüsü Sebastyan Fettel qalib titulunun sahibi olublar. Lakin bu mərhələlərin ümumi yekunu üzrə xalların sayına görə Fettel digərlərindən üstündür. Alman pilotun hesabında 58 xal var. Hemilton və Bottas ondan müvafiq olaraq 3 və 8 xal geridədirlər.
Formula 1-in Twitter səhifəsində bununla bağlı fotokollaj yerləşdirilib və Fettel "küçələrin Kralı” elan edilib.


Bu yazı

6349 dəfə oxunub

Tarix

2019-09-27 16:27:33

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev