Dünya çempionunun xatirəsi turnirlə anılıb


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Şaolin və Savat Döyüş Federasiyasının təşkilatçılığı ilə Fransa boksu - savat üzrə ikiqat dünya çempionu Fərhad Poladovun xatirəsinə həsr olunmuş açıq paytaxt çempionatı keçirilib.
Yarışda 14 komandanın heyətində 140-dan çox idmançı iştirak edib. Komanda hesabında birinci yerə "Tornado” İdman Sağlamlıq Mərkəzi layiq görülüb. "Fateh” ikinci, "Gömrükçü” klubu isə üçüncü yeri tutub.
Yarış federasiyanın icraçı direktoru Sənan Abdullayevin rəhbərliyi altında keçirilib.



Bu yazı

2237 dəfə oxunub

Tarix

2019-10-01 10:17:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev