“Qarabağ”lı futbolçu Avroliqanın rəmzi komandasında


UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun rəmzi komandasını açıqlayıb. Ən yaxşı oyunçular arasında "Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintananın da adı yer alıb.

Qapıçı: Plamen İliev ("Lüdoqorets”, Bolqarıstan)

Müdafiəçilər: Boli Bolinyoli ("Seltik”), Rafael Forster ("Lüdoqorets”), Evan Ndika ("Ayntraxt”), Kiran Tirni ("Arsenal”)

Yarımmüdafiəçilər: Məhəmməd Elyunussi ("Seltik”), Dani Kintana ("Qarabağ”), Bruno Fernandeş ("Sportinq”), Qabriel Martinelli ("Arsenal”)

Hücumçular: Donyel Malen (PSV), Umar Sadiq ("Partizan”)

Xatırladaq ki, Kintana "Qarabağ"ın "Düdelanj"a 4:1 hesabı ilə qalib gəldiyi matçda komandasının sonuncu qolunu vurub.


Bu yazı

2220 dəfə oxunub

Tarix

2019-10-04 15:35:53

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev