“Məhsul” “Challenge Cup” turnirində yarışacaq


Kişi həndbolçulardan ibarət "Məhsul” komandası "Challenge Cup” turnirində mübarizə aparacaq.
Azərbaycan çempionu ilk mərhələdə Norveçin "Drammen HK” klubu ilə qarşılaşacaq. Oyunlar rəqib komandanın meydanında keçiriləcək. Komandalar oktyabrın 5-6-da qarşılaşacaqlar. Görüşləri Premsl Fukala və Radek Moyladan ibarət çexiyalı hakimlər briqadası idarə edəcək. Avropa Həndbol Federasiyasının rəsmi nümayəndəsi isə islandiyalı Reynir Stefansson olacaq.


Bu yazı

2200 dəfə oxunub

Tarix

2019-10-04 17:26:20

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev