Mayami Qran-Prisi təhlükə altında



F 1 Mayami Qran-Prisi layihəsi yeni problemlərlə üzləşə bilər: biz Hard Rock Stadium stadionu rayonunda yerləşən Formula 1 trasının qurulması ilə bağlı təklifin hazırda baxılması barədə yazmışdıq. Bu tras NFL-də çıxış edən yerli "Mayami Dolfins” futbol klubuna məxsusdur.
Trasın qonşuluğunda yaşayanlar Mayami-Deyd dairəsinin hakimiyyət orqanlarına müraciət edərək bu məsələyə müdaxilə etməyi və reallaşdırılması 2021-ci ildə nəzərdə tutulan layihəni dayandırmağa çağırıblar. Yerli "Miami Herald” qəzetinin yazdığına görə, bu rayonun sakini Linett Hikenbottom dairə komissiyasının iclasında deyib: "Varlı məhəllə ilə qonşuluqda Formula 1 yürüşlərinin keçirilməsinə icazə vermək olmaz”.
Lakin bu ərəfədə futbol klubunun prezidenti Tom Harfinkel həmin dairə komissiyasına müraciət edərək göndərdiyi məktubunda yazıb: "Biz dünyanın ən nüfuzlu və mühüm idman yarışlarının Mayami-Deyd dairəsində keçirilməsinə əhali tərəfindən edilən etirazlara heç bir vəchlə və qətiyyən imkan verməməliyik”.
Hər halda, artıq dairə komissiyası səviyyəsində küçə yürüşlərinin keçirilməsi ilə bağlı yeni qaydaların tətbiqi üzrə yeni qaydalar, Formula 1 mərhələsinin mümkün nəticələri müzakirə olunur: söhbət səs səviyyəsinin tədqiq edilməsi, habelə yolların bağlanılması ilə bağlı
problemlərdən gedir. Həmçinin hər yürüşün dairə komissiyası ilə əvvəlcədən razılaşdırılması təklif olunur. Komissiya həmin məsələləri özünün may iclaslarında müzakirə etməlidir. Lakin bütün bu təkliflər hələ müzakirə olunmayıb və onlara baxılması daha gec vaxta keçirilib.
"Miami Herald” qəzeti xatırladır ki, "Hard Rock Stadium” stadionunun ətrafında tras çəkilməsi planı "Mayami Dolfins” futbol klubunun sahibi Stiven Ross tərəfindən təklif olunub və bundan əvvəl Formula 1 yürüşlərinin şəhər limanı rayonunda tikintisi ideyası rədd edilib.


Bu yazı

1529 dəfə oxunub

Tarix

2019-10-05 10:24:17

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev