Dünya Çimərlik Oyunlarında ölkəmiz 7 idmançı ilə mübarizə aparacaq


Oktyabrın 12-dən 16-dək Qətərin paytaxtı Dohada birinci Dünya Çimərlik Oyunları keçiriləcək.
Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) bayrağı altında təşkil olunacaq yarışda 97 ölkədən 1300-dək idmançı birincilik uğrunda mübarizə aparacaq.
Dörd məkanda təşkil olunacaq turnirdə atletlər 13 idman növündə 350 dəst medal uğrunda yarışacaqlar.
"Doha 2019”da ölkəmizi yeddi idmançı təmsil edəcək. Çimrəlik güləşi yarışlarında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar. Akvatlon yarışlarında millimizin üzvləri Rostislav
Pevtsov və Kseniya Levkovskaya çıxış edəcəklər. Karateçimiz Roman Heydərov isə kata yarışlarında mübarizə aparacaq.
Qətər 2006-cı ildə Asiya, 2011-ci ildə Pan Ərəb Oyunlarına ev sahibliyi edib.




Bu yazı

1691 dəfə oxunub

Tarix

2019-10-07 11:41:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev