Azərbaycan Premyer Liqasının 7 -ci turu heç-heçə ilə başlayıb



Oktyabrın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında yeddinci tura start verilib. Turun açılış görüşündə "Sumqayıt" öz meydanında "Keşlə"ni qəbul edib. "Kapital Bank Arena"da keçirilən qarşılaşma heç-heçə yekunlaşıb - 0:0.
Bu oyundan sonra xallarının sayını 11-ə çatdıran "Keşlə" turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. "Sumqayıt" isə 7 xalla altıncı yerdədir.
Turun bu gün keçirilən ikinci matçında "Neftçi" komandası "Səbail" klubu ilə qarşılaşır.
Oktyabrın 6-da isə "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları keçiriləcək.


Bu yazı

1536 dəfə oxunub

Tarix

2019-10-05 18:47:48

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev