Sumqayıt birinciliyi başa çatıb


Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında boks üzrə şəhər birinciliyi keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə 110-dan artıq idmançı qalib adı uğrunda mübarizə aparıb. Yarışda Nihad Daşdəmirov (26 kq), Harun Süleymanov (28 kq), Nihad Qasımov (30 kq), Ağarəhim Səfərov (32 kq), Nurlan Vahidli (32 kq), Akşin Əlizadə (34 kq), Sübhan Babayev (34 kq), Əziz Abdullayev (35.5 kq), Nurlan Hacızadə (35.5 kq), Ayxan Məmmədzadə (37 kq), Həsən Əbdüləliyev (38.5 kq), Rəsul Əbilov (40 kq), Tofiq Zairov (41.5 kq), Kənan Aslanlı (43 kq), Eldar Abdullazadə (46 kq), Fikrət Xudiyev (48 kq), Amin Məmmədzadə (50 kq), Raul Musayev (52 kq), Eşqin Səfərli (59 kq) və Ramazan Həmidov (59 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunublar.


Bu yazı

5761 dəfə oxunub

Tarix

2019-10-08 15:02:45

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev