“GymStar Kids Cup”da 12 gimnastımız yarışıb


Moskvada "GymStar Kids Cup” açıq beynəlxalq gimnastika turniri keçirilib. Müxtəlif ölkələrdən 4-14 yaşlı 100-dən çox gimnastın yarışdığı turnirdə Azərbaycanı 12 idmançı təmsil edib. Turnirdə gimnastlarmızın çıxışları böyük maraqla qarşılanıb. "GYM Star Stolitsa” idman klubunun təsisçisi Aleksandra Laçkova turnirin açılış mərasimindəki çıxışında Azərbaycan gimnastlarının yarışlarda iştirakından məmnunluğunu ifadə edərək deyib: "Bilirsiz ki, klubumuzun Bakı bölməsində də balacalar məşq edirlər və müxtəlif yarışlara hazırlaşırlar”. Yarışlarda uğurla çıxış edən Azərbaycan gimnastları fəxri kürsüdə yer alıblar. Gimnastlarımız Rusiya turnirindən sonra Budapeştdə və Dubayda keçiriləcək yarışlara hazırlaşacaqlar.


Bu yazı

4783 dəfə oxunub

Tarix

2019-10-07 12:25:11

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev