Rövnəq Abdullayev cüdo abidəsinin açılış mərasimində iştirak edib


İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyinin qarşısında ilk dəfə cüdo abidəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Beynəlxalq Cüdo Federasiyasının rəhbəri Marius Vizer, Avropa Cüdo İttifaqına başçılıq edən Sergey Soloveyçik, Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev və tanınmış idman xadimləri iştirak ediblər.
Açılış mərasimində T.Bax və M.Vizer çıxış edərək idmanın bu növünün tarixindən və populyarlığından bəhs ediblər. Sonra onlar abidənin üzərindən ağ örtüyü götürüblər.
Mərasim çərçivəsində R.Abdullayevin T.Bax və M.Vizer ilə görüşlərində Azərbaycanda idmanın, o cümlədən cüdonun inkişafı və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


Bu yazı

1764 dəfə oxunub

Tarix

2019-10-07 19:32:54

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev