“Milan”da baş məşqçi dəyişikliyi


İtaliyanın "Milan” futbol klubu yeni baş məşqçinin adını açıqlayıb. Bu vəzifəyə 53 yaşlı Stefano Pioli gətirilib. Mütəxəssislə iki il müddətinə müqavilə imzalanıb. İtaliyalı məşqçi yeni klubunda ildə bir milyon avro məvacib alacaq. S.Pioli daha əvvəl "İnter”, "Latsio” və "Fiorentina” komandalarını çalışdırıb. Mütəxəssis bu vəzifədə Marko Campaolonu əvəzləyib.


Bu yazı

1895 dəfə oxunub

Tarix

2019-10-09 17:46:40

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev