3 qat dünya çempionumuz yenə fərqlənə bilmədi


Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunmuş güləş turnirinə start verilib. Sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev (65 kq) yarışda uğursuzluqla üzləşib. 3 qat dünya, 3 qat Avropa çempionumuz ilk görüşdə rusiyalı Nikolay İvanova 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda digər yerli idmançı Daşa Şarastepanova uduzub – 5:7. Rəqibi 1/4 finalda məğlub olduğu üçün Hacı çıxışını başa vurub. Xatırladaq ki, Əliyev ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında da medal qazana bilməyib.


Bu yazı

3518 dəfə oxunub

Tarix

2019-10-11 16:43:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev