Veteran güləşçilərimizdən uğurlu nəticə



Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib. Mundialda 3 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb. Müxtəlif yaş qruplarında Məmməd Əliyev (78 kq) və Musa Mirzəyev (130 kq) gümüş, Rövşən İsmayılxanlı (130 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, milli dərəcəli hakimlərimizdən Xəyal Əliyev və Eldar Məmmədov yarışda ədaləti qoruyublar. Onlar beynəlxalq dərəcə almaq üçün imtahandan da keçiblər.



Bu yazı

3475 dəfə oxunub

Tarix

2019-10-14 14:48:31

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev