FIA-dan yanlış qərar


Oktyabrın 13-də "Sudzuka” avtodromunda Formula 1 Yaponiya Qran-Prisi keçirilib. Yürüş başa çatanda "Ferrari”nin pilotu Şarl Lekler 15 saniyə cərimələnib.
Yekun vaxtına 5 saniyəni birinci dövrədə "Red Bull”un pilotu Maks Ferstappenlə insidentə görə əlavə ediblər. Daha 10 dəqiqə isə Şarla zədələnmiş bolidin pilotajına görə verilib.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi bəyanatında sonuncu qayda pozuntusuna görə cəza reqlamentin 38.3(d) bəndi ilə əsaslandırılıb. Lakin bu bənd 30 saniyə cərimə nəzərdə tutur. Bu isə belə deməyə əsas verir ki, Leklerin cəriməsi daha böyük olmalı idi.
FIA səhvi etiraf edib, lakin bu səhv əslində bir qədər başqa xarakterli olub. "RaceFans” xəbər verir ki, cərimənin mətni düzgün yazılıb, lakin reqlamentin Leklerin cəzalandırılmasına müvafiq olan bəndinin nömrəsi səhv yazılıb.
Xatırladaq ki, Şarl cəzaya görə yekun protokolda altıncı yerdən yeddinci yerə düşüb.




Bu yazı

3826 dəfə oxunub

Tarix

2019-10-17 11:02:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev